Leyla Əliyeva qızının fotosunu paylaşdı (FOTO)
11.08.2015 923 0.0 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladlığa götürdüyü qızın yeni fotosunu paylaşıb.

Məlumata görə, "İnstagram" səhifəsində paylaşılan fotoda dövlət başçısının böyük qızı L.Əliyeva əkiz oğlanları Əli və Mİkayılla yanaşı övladlığa götürdüyü valideyn himayəsindən məhrum olan Əminə gəzinti zamanı əks olunub. Şəkildə Leyla Əliyevanın əlindən tutan uşağlar bağda gəzir.

 


Leyla Əliyevanın əkizləri Mikayıl və Əli övladlığa götürülmüş balaca qızla

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın Əminə adlı qızı övladlığa götürdüyünü açıqlamışdı: 

"Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".

 

Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş uşaqların əhatəsində/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar