Lavrov: Vyana və Peterburq razılaşmaları sənəddə təsdiqini tapmalıdır
09.12.2016 733 0.0 0

“Dağlıq Qarabağ münaqişəsinə dair Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılıqlar sənəddə təsdiqini tapmalıdır”.
 
Məlumata görə, bunu Rusiya xarici işlər naziri  Sergey Lavrov Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
 
“Biz dəfələrlə Vyana və Sankt-Peterburqda əldə olunan razılıqlara münasibət bildirmişik. Həmin görüşlərdə həmsədrlər də iştirak edib. Razılıqlara əsasən, atəşkəs rejimi təsdiqlənməli idi. Arada bir atəşkəs rejiminin pozulmasını müşahidə edirik. Həmçinin ATƏT müşahidəçilərinin sayı artmalı idi. Çox yox, 7 nəfər. Hələlik onların harada yerləşdiriləcəyi barədə konsensus yoxdur. Fikrimcə, onlar təmas xəttində yerləşdirilməlidir”.   
 
Xatırladaq ki, iclası dünən və bu gün Almaniya sədrliyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar