Lavrov: `50 ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək istəyir`
25.01.2017 1017 0.0 0

"50-dək ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib".

Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "Hökumət saatı"nda çıxışı zamanı bildirib. 

O, bunun Rusiyaya Asiya-Sakit okeanı regionunda inteqrasiya prosesinə daxil olmağa kömək etdiyini vurğulayıb.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı beynəlxalq iqtisadi inteqrasiya birliyidir. 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan birlik Gömrük İttifaqı və Vahid İqtisadi Zona əsasında yaradılıb. Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar