«Kurtlar Vadisi» daha bir rekorda imza atdı (VİDEO)
21.01.2016 2748 0.0 0

13 ildir reytinq rekordları vuran, Azərbaycanda da böyük tamaşaçı kütləsinə sahib olan Türkiyənin “Kurtlar Vadisi” serialı daha bir rekorda imza atıb. Məlumata görə, serial internetdə izlənmə sayına görə rekordlar qırmaqdadır. Hər seriyasının internetdə 4 milyondan çox izləndiyi bildirilən serialın ”YouTube”dakı rəsmi səhifəsi 2 milyondan çox istifadəçi tərəfindən izlənilir.

Bir müddət əvvəl serial öz zirvədəki yerini Avropa liqasının 5-ci turu çərçivəsində qrup mərhələsində “Fənərbaxça”nın səfərdə “Molde” ilə qarşılaşması ilə oyun zamanı itirsə də, əvvəlki yerini bərpa etməyi bacarıb.


Baş rollarını Necati Şaşmaz, Dəfnə Samyeli, Ərhan Ufak və Ərtan Sabanın canlandırdığı “Kurtlar Vadisi” 15 yanvar 2003-cü ildə "Show TV"də "Bu, bir dərin dövlət və mafiya serialıdır" şüarı ilə yayımlanmağa başlayıb.

 

 


Son seriyanın anonsu

“Kurtlar Vadisi” serialında Türkiyədəki mafiyalar, dövlət-mafiya əlaqələri, terror qruplaşmalarının Türkiyədəki fəaliyyətləri əsas mövzudur. 
İzlənmə rekordları vuran və hazırda "Kurtlar Vadisi Pusu" adı ilə yayımlanan filmin "Kurtlar Vadisi İraq", "Kurtlar Vadisi Fələstin" kimi hissələri var. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar