Kürdlərin təmsilçisi: Suriya Milli Qüvvələri Afrindədir
21.02.2018 859 0.0 0

"Suriya Milli Qüvvələrinin karvanı sağ-salamat Afrinə daxil olub".

 

Məlumata görə, bu sözləri "RİA Novosti"yə açıqlamasında yerli kürd "özünümüdafiə qüvvələri"nin nümayəndəsi Reyzan Xedu deyib.

 

R. Xedu Türkiyə artilleriyasının zərbələrindən sonra Suriyaqüvvələrinin geri çəkilməsi barədə Türkiyə tərəfinin açıqlamalarını təkzib edib. O, qüvvələrin artıq Afrində olduğunu bildirib. R. Xedu qeyd edib ki, kürdlər mütəmadi olaraq Suriya ordusu, Dəməşq və Afrindəki rəhbərliklə təmasdadır.

 

Qeyd edək ki, Suriya Milli Qüvvələri Bəşər Əsədi dəstəkləyən könüllülərdən ibarət silahlı birləşmədir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar