Külli miqdarda pul və qızıl əşyalar olan seyfi oğurlayan şəxs tutulub
31.07.2015 547 0.0 0

Bakı şəhər sakini Ş.Əhmədovanın yaşadığı evdən içərisində külli miqdarda pul və qızıl əşyalar olan seyfi oğurlamış Tərtər rayon sakini T.Əzizov tutulub.

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamış Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Tural Əzizov tutulmuşdur.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar