Kral oğlunun Minada faciəyə səbəb olan kortejinin görüntüləri yayıldı (VİDEO)
26.09.2015 1076 0.0 0

Məkkədə 760-a yaxın zəvvarın ölümünə, 1000-ə yaxın insanın yaralanmasına səbəb olan izdihama səbəb olan kral oğlunun avtomobil karvanının Minaya necə daxil olduğunu əks etdirən görüntülər yayılıb.
Xatırladaq ki, hadisədən sonra dünya mediasında  Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd bin Salmanın
avtomobil karvanının Mina dağına getməsi ilə əlaqədar digər hacıların hərəkət istiqamətinin təcili olaraq dəyişdirilməsi  sözügedən faciənin baş verməsinə səbəb olduğu idda edilmışdi.

Hətta mətbuatda yayılan xəbərlərə görə, Ərəbistan rəsmiləri yüzlərlə hacının ölümünə və 1000-ə yaxın insanın yaralanmasına səbəb olan vəliəhd karvanının Minada olmasını gizlətməyə çalışıb. Lakin bildirilirdi ki, hacıların Minada toplandığı vaxtda Məhəmməd bin Salman bu mərasimdə iştirak etməyə qərar verib. 200 əsgər və 150 polisin müşayiəti ilə Minaya girib. Bu anda hacıların hərəkət istiqaməti dəyişib, hətta ilk hərəkət istiqamətinin əksinə bir axın başlayıb.
Bundan sonra izdiham sürətli şəkildə artıb. Faciə də elə bu an meydana gəlib. 

Qazeta.info sözügedən video  görüntüləri təqdim edir:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar