Kosmosda növbəti «selfi» (FOTO)
19.08.2015 649 0.0 0

Rusiyanın pilot-kosmonavtı, Beynəlxalq Kosmik Stansiyanın ekipaj üzvü Gennadi Padalka kosmosa 10-cu çıxışı zamanı “selfi” çəkib. Bu barədə Lenta.ru saytına istinadən məlumat verilir.

Şəkil “Roskosmos” Federal Kosmik Agentliyinin rəsmi “Twitter” səhifəsində dərc olunub. Şərhlərdə bildirilib ki, G.Padalka şəkli avqustun 10-da çəkib.

Xatırladaq ki, G.Padalka kosmosda qalma müddətinə görə rekorda imza atıb. 57 yaşlı kosmonavt ümumilikdə orbitdə 828 gün qalıb.

Bu açıq kosmosda çəkilən yeganə “selfi” deyil. 2014-cü ildə amerikalı astronavt Stiven Suonson da özünün “Instаgram” səhifəsində avtoportretini yerləşdirmişdi.

Dünyada ilk kosmik “selfi”nin müəllifi isə amerikalı kosmonavt Bazz Oldrindir. 1966-cı ildə kosmosa çıxışı zamanı pilot kamera vasitəsilə Yerin fonunda şəkil çəkdirmişdi./trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar