Konfrans Liqası: `Qarabağ` `Marsel`ə uduzaraq mübarizəni dayandırıb- ViDEO
25.02.2022 196 0.0 0

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb. 

Bildirək ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda Fransa "Marsel"ini qəbul edib. 

Qarşılaşma "köhlən atlar"ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. 12-ci dəqiqədə qonaqların heyətində Pap Quye fərqlənib. Qoldan sonra Azərbaycan təmsilçisi təzyiqi artırıb.

34-cü dəqiqədə "Qarabağ"ın futbolçusu İbrahima Vadji topu əllə rəqib qapısından keçirib. Baş hakim Bartoş Frankovski ilk olaraq mərkəzi göstərib. Qonaqların futbolçuları və məşqçilər heyəti buna kəskin şəkildə etiraz ediblər. Yalnız "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra polşalı referi qolu ləğv edib və insidentə görə "Marsel"in qapıçısı Stiv Mandanda ilə "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçəyə sarı vərəqə göstərib. "Köhlən atlar" hissənin sonlarınadək bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib. 

İkinci yarıya da meydan sahibləri daha sürətli başlayan tərəf olub. 54-cü dəqiqədə Qurban Qurbanov Filip Ozobiçin yerinə ikinci hücumçunu - Ramil Şeydayevi meydana buraxıb. Buna baxmayaraq rəqib müdafiəçilər və qapıçı bir neçə epizodda fərqlənməyə icazə verməyib. 68-ci diqəqədə digər forvard Rüstəm Əhmədzadə Vadjini əzəvləyib. 70-ci dəqiqədə Ramil Şeydayev hesabı bərəbərlişdirməyə yaxın olub. Hücumçu Mandanda ilə təkbətək çıxsa da, qapıçı topu dəf edib. 74-cü dəqiqədə Kevin Medinanın uzaq məsafədən zərbəsi qapının üstündən keçib. İki dəqiqə sonra Şeydayevin başla zərbəsi də təhlükəli alınıb. Əvəzində 77-ci dəqiqədə Matteo Genduzi "Marsel"in ikinci qoluna imza atıb. Qoldan sonra Musa Qurbanlı Abdullah Zubiri, İsmayıl İbrahimli isə Qara Qarayevi əvəzləyib. 90+2-ci dəqiqədə Konrad de la Fuente görüşdə son nöqtəni qoyub. 

Fransadakı ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzan "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar