Kollecdə yanğın olub
16.12.2015 475 0.0 0

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binasında yanğın olub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən bildirilib. Məlumata görə, bu gün saat 07:40 radələrində, Zaqatala şəhəri, Nizami küçəsində yerləşən kollecin inzibati binalarından birində, ikimərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal FNH-nin Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Alov qısa müddətdə məhdudlaşdırılıb, hazırda yanğının tam söndürülmə əməliyyatı gedir.
 
Yanğın nəticəsində binanın birinci mərtəbəsində 15 kv/m, ikinci mərtəbəsində 25 kv/m və çardaq hissəsində 50 kv/m sahənin yanar konstruksiyaları yanıb. 
 
Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar