Kim Çen Inın öldürülməsi üçün xüsusi dəstə yaradılır
09.01.2017 674 0.0 0

Cənubi Koreyada müharibə başladığı halda Şimali Koreya rəhbərliyinin aradan götürülməsi üçün xüsusi dəstə yaradılır. Bu barədə Renhap agentliyinə Cənubi Koreya ordusundakı mənbələrdən məlum olub.

Trend Sputnik-ə istinadən xəbər verir ki, dəstəyə ABŞ xüsusi təyinatlıları da daxil olacaqlar.

Dəstəyə 2 min nəfərədək insan daxil ola bilər. Xüsusi dəstənin qarşısında Şimali Koreya lideri Kim Çen In və digər rəhbər şəxslərin aradan götürülməsi vəzifəsi dayanacaq. Rəhbərlik Cənubi Koreya nümayəndələrinin əlində olacaq. Əməliyyatdan öncə xüsusi təyinatlı dəstə bir neçə təlim keçəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar