Kim Çen İn 2022-ci ili `ölümcül mübarizə ili` adlandırdı
01.01.2022 297 0.0 0

2022-ci il “böyük ölümcül mübarizə” ili olacaq”.

Məlumata görə, bunu Şimali Koreya lideri Kim Çen İn ölkənin Koreya Fəhlə Partiyasının bayramöncəsi iclasında çıxışında deyib.
O iclas zamanı ABŞ və yaxud Cənubi Koreya ilə münasibətlərdən deyil, daha çox ölkənin daxili problemlərinə toxunub. 

Kim Çen İnin sözlərinə görə, 2022-ci ilin mübarizəsi – böyük ölümcül mübarizədir və sosializmin hərtərəfli inkişafı, böyük Şimali Koreya xalqı naminə zərrə qədər ləngimədən ona qalib gəlmək lazımdır. 

O həmçinin partiya və Şimali Koreya xalqının 2022-ci ildə uğur qazanacağından əminliyini ifadə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar