KİV: Vitse-spiker Ermənistan parlamentində terror törədən şəxsin biznes ortağı olub
26.08.2016 738 0.0 0

"Ermənistan parlamentinin vitse-spikeri Hermine Nağdalyan əsl biznes ledidir. O, hədsiz dərəcədə varlıdır. Biznesinin əsasını mədən sənayesi, bahalı daşlar təşkil edir".

Məlumata görə, bunu Ermənistanın "Replik.am" saytı yazır.

 

Yazıda bildirilir ki, H. Nağdalyan milyarder hesab olunur.

 

Vitse-spikerə yaxın olan şəxslərdən biri deyib ki, onun biznes fəaliyyəti uzun illərdir davam edir.

 

H. Nağdalyanın 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədən qrupun rəhbəri olmuş Nairi Hunanyanla da biznes sahəsində əməkdaşlıq etdiyi üzə çıxıb.

 

Məlumatda bildirilir ki, H. Nağdalyan və N. Hunanyan 90-cı illərdə birlikdə ətir idxal edərək, satışı ilə məşğul olublar.

 

Ancaq onların bu əməkdaşlığı uzun müddət davam etməyib. N. Hunanyan bir qrup silahlı dəstə ilə 1999-cu ildə parlamentə daxil olaraq, terror aktı törədib.

 

Atışma zamanı yaralananlar arasında H. Nağdalyan da olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar