Kemeron: Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb
10.03.2016 440 0.0 0

IV Qlobal Bakı Forumunda dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların mesajları çatdırılıb. 
 
Məlumata görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron müraciətində bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb. O qeyd edib ki, forum əməkdaşlıq sahəsində gözəl bir platforma yaradır: “Forumun işinə uğurlar arzulayıram”. 
 
Daha sonra Kanadanın baş naziri Justin Trudonun videomesajı nümayiş etdirilib. O, beynəlxalq əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb: “Ümid edirəm ki, ruhlandırıcı şəkildə irəliyə doğru inkişaf edə biləcəyik”.
 
UNESCO baş katibi İrina Bokova videomesajında qeyd edib ki, bəşəriyyətin ümumi dəyərləri inkişaf etdirilməlidir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar