Keçmiş rəis müavininin intiharında yeni DETAL - VİDEO (18+)
26.01.2017 803 0.0 0

Binəqədi rayonu sakini Quliyev Ramiz Xudaverdi oğlunun intihar etməməsi, ehtiyatsızlıqdan eyvandan düşməsi barədə yaxınlarının iddiasına Baş Prokurorluq aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, yanvarın 24-də saat 22 radələrində Binəqədi rayonu sakini Quliyev Ramiz Xudaverdi oğlunun yaşadığı mənzilin eyvanından özünü ataraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb: “Əgər mərhumun ailə üzvləri hadisənin ehtiyatsızlıqdan baş verdiyini iddia edirlərsə, bu barədə rayon prokurorluğuna müraciət edə bilərlər. Həmin xüsusatlar istintaq yolu ilə tam, hərtərəfli və obyektiv şəkildə araşdırılacaq. Ramiz Quliyevin ölümünün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib”.

E.Sultanov bildirib ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xatırladaq ki, mərhumun ailə üzvlərindən biri nuh.az-a bildirib ki, Ramiz Quliyevin psixikasında heç bir problem olmayıb: "Əslində, Ramiz Quliyev balkondakı qızdırıcı qurğunu təmir edəndə ehtiyatsızlıq edərək 8-ci mərtəbədən yıxılıb".

Mərhumun ailə üzvü onu da söyləyib ki, mərhum Nizami RPİ-dən əvvəl Səbail Polis İdarəsində rəsi müavini olub və 2010-cu ildə psixikasındakı problemlə bağlı deyil, DİN rəhbərliyinə bəlli olan səbəbdən uzaqlaşdırılıb./Publika.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar