Kayahan dünyasını dəyişdi-Video-Foto
03.04.2015 733 0.0 0

Daha bir tanınmış müğənni həyatını itirdi. Məlumata görə, Kayahan dünyasını dəyişib. 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ölüm haqqında xəbəri isə Suat Suna Twitter hesabından elan edib. 

"Bu gün qara bir gün... Mən ikinci atamı itirdim, Türkiyə də böyük ustasını...Rahat yat Kayahan abi. Unutulmayacaqsan...".

Qeyd edək ki, müğənni uzun müddət xərçəng xəstəliyindən müalicə olunub. İlk dəfə 1990-cı ildə ayağındakı yağ kistasını müayinə etdirmək üçün xəstəxanaya gedib və ona xərçəng diaqnozu qoyulub. Onun altı ay ömrü qaldığı deyilib. Lakin Kayahan heç zaman xəstəliyə tabe olmayıb və mübarizə aparıb. 

Uzun müddət müalicədən sonra o sağlamlığına qovuşub. 11 il sonra xəstəlik yenidən baş qaldırıb. Dörd əməliyyat və radiotearpiya müalicəsi sayəsində sağlamlığına qovuşan müğənni üçüncü dəfə eyni xəstəliyin cənginə keçib. Lakin bu dəfə edilən müalicələr heç bir nəticə verməyib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar