Kanalizasiya bomba kimi partladı (VİDEO)
05.06.2015 674 0.0 0

İngiltərədə dəhşətli partlayış hadisəsi baş verib.

Məlumata görə, Northamptonda bir bankomatdan pul çıxarmaq istəyən qadın və onun uşaqları böyük bir təhlükədən son anda xilas olublar. Ana və uşaqları bankomatdan pul çıxarmaq istəyərkən qəflətən yaxınlıqdakı kanalizasiya lüku bomba kimi partlayıb.

Ətrafa alov püskürməsi nəticəsində insanlar qaçmağa başlayıb. Partlayış zamanı ana yüngül xəsarət alıb, uşaqlar isə cəld qaçaraq ölümdən xilas ola biliblər. 

Baş verən hadisə İngiltərədə böyük səs-küyə səsbəb olub. Səlahiyyətli şəxslər hadisənin baş vermə səbəblərini araşdırırlar. Partlayışın terror aktı ola biləcəyi də istisna olunmur. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar