Kanadadan Rusiyaya növbəti iqtisadi təzyiq
30.06.2015 548 0.0 0
Kanada Rusiyadan olan 14 hüquqi və 3 fiziki şəxsə qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edib.

 

 “Gazeta.ru”a istinadən verilən xəbərə görə, bunu Kanadanın baş naziri Stefan Harper deyib.

 

Məlumata görə, sanksiyaların tətbiq edildiyi hüquqi şəxslər arasında “Qazprom”, “Surqutneft”, “Transneft” və “Marshall Capital Fund” fondu var.

 

Sanksiya siyahısına həmçinin Avrasiya Gənclər İttifaqı, “Sirius” ASC, “Tula Silah İstehsalı  Zavodu” ASC, “Birləşmiş Aviatikinti Korporasiyası” ASC, “Ximkompozit” şirkəti, “Oboronprom” müdafiə sənayesi kompleksi və digər iri şirkətlər daxil edilib.

 

Bundan əlavə Kanadadan Krım ərazisindən mal idxalı və ixracına da qadağa qoyub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar