Kanadada məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb- VİDEO
31.01.2017 680 0.0 0

Kanadanın Kvebek şəhərində məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, 27 yaşlı Aleksandr Bisonet qəsdən adam öldürməkdə təqsirli bilinir.

 

Hazırda hüquq-mühafizə orqanları A. Bisonetə qarşı terrorçuluq  daxil olmaqla, digər ittihamların da irəli sürülməsi məqsədi ilə müvafiq tədbirlər görür.

 

Xatırladaq ki, Kanadada məsciddə 6 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktı kimi qiymətləndirilib. Hadisə zamanı həmçinin 8 nəfər yaralanıb, onlardan 5-i ağır vəziyyətdədir.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar