Kaliforniyada meşə yanğınları 3,5 min tikilini məhv edib
11.10.2017 574 0.0 0

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğınlar nəticəsində azı 3,5 min ev və sənaye binaları yararsız hala düşüb.

Ümumilikdə təxminən 690 kvadrat kilometr sahə yanıb.

Qeyd edək ki, yanğınlar səbəbindən 20 mindən çox insan təxliyə olunub və 17 nəfər yanğınların qurbanı olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar