Kabildə törədilən terror aktlarında azı 21 nəfər ölüb
10.01.2017 643 0.0 0

Əfqanıstanın paytaxtı Kabildə, parlament binası yaxınlığında iki partlayış  baş verib.

 

“Al-Jazeera”yə istinadən verilən məlumata görə, ümumilikdə 70 nəfər ölüb və xəsarət alıb. BBC ölənlərin sayının 21 nəfər olduğunu bildirib.
 

İlk partlayışı terrorçu-kamikadze törədib. Bir müddət sonra içərisində bomba olan avtomobil partladılıb.

 

Əfqan rəsmilərinin qənaətinə görə, terror aktlarının arxasında Taliban qruplaşması dayanır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar