Kənd yerlərində yaşayan gənc ailələrə MÜJDƏ
17.12.2016 1264 0.0 0

2020-ci ilədək Azərbaycanın kənd yerlərində yeni ailə qurmuş gənclərin mənzillə təminatı yaxşılaşdırılacaq.

Məlumata görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, kənd yerlərinin yaşayış üçün cəlbediciliyini artırmaq üçün mənzil tikintisinin stimullaşdırılması, xüsusilə də kənd yerlərində gənc ailələrin və gənc mütəxəssislərin mənzilə əlçatanlığının artırılması üçün tədbirlər həyata keçiriləcək.

Yol xəritəsində bildirilir ki, dövlətin sosial ipoteka siyasətindən kənd yerlərində yaşayan gənc ailələrin daha çox faydalanması üçün tədbirlər görüləcək. Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan gənc ailələrin mənzil probleminin həllinə xüsusi yanaşma tətbiq olunacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar