Kəmaləddin Heydərov yanmış binaya baxış keçirib-video foto
20.05.2015 861 0.0 0

Kəmaləddin Heydərov və Zeynal Nağdəliyev hadisə yerində olublar

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini Zeynal Nağdəliyev və fövqəladə hallar  naziri Kəmaləddin Heydərov Binəqədi rayonu ərazisində yanmış binanın ərazisinə  gəliblər.
 

Məlumata görə, Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov hadisə yerinə baxış keçiriblər.   
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları  məlumatlandırıb.
 
Rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.
 
Qeyd edək ki,fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar