ABŞ POLİSİ DAHA BİR QARADƏRİLİNİ GÜLLƏLƏDİ
24.12.2014 779 0.0 0

ABŞ-ın Ferguson şəhərində Michael Brovn adlı qara dərili gəncin polis tərəfindən öldürülməsiylə əlaqədar narazılıqlar davam etdiyi bir vaxtda əyalətdə bir qaradərili gənc daha polis gülləsiylə öz həyatını itirdi.
 

ABŞ-ın Missuri əyalətinin St. Louis bölgəsində avqust ayında Michael Brovn adlı gəncin öldürülməsiylə əlaqədar müzakirələr davam edərkən əyalətdə bir qaradərili gənc daha polis tərəfindən vuruldu.

Səlahiyyətlilər, Berkeleydəki Nort Hanley şosesində gecə  saatlarda  polis patrulunun gəzintisi zamanı, bir yanacaq doldurma məntəqəsində iki şübhəli adamı gördüyünü açıqlayıb.

Şübhəlilərdən birinin silah çəkməsindən sonra polisin atəş açdığı və 18 yaşındakı Antonio Martinin vuraraq öldürdüyü açıqlanıb.

Digər şübhəlinin hadisə yerindən qaçdığı qeyd olunur.

Baş verən hadisənin  yaşandığı  yanacaq doldurma məntəqəsinin yaxınlığında  çox sayda adamın toplanaraq  polis şiddətini etiraz etdiyi bildirilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar