Iranda «donuz qripindən» 33 nəfər ölüb
07.12.2015 474 0.0 0

İranda "donuz qripi" epidemiyası nəticəsində 33 nəfər ölüb.

 

“Anadolu” agentliyinə istinadən verilən məlumata görə, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.

 

Onun sözlərinə görə,  28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.

 

"Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır", deyə Səyyari vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar