PARİSDƏ «CHARLİE HEBDO» JURNALINA HÜCUMLA BAĞLI ARAŞDIRMA APARAN POLİS ÖZÜNÜ ÖLDÜRDÜ
11.01.2015 839 0.0 0
Fransada «Charlie Hebdo» nəşrinin redaksiyasına törədilən hücumu ilə bağlı cinayət işini araşdıran polis komissarı Elrik Fredu intihar edib.

 

“Gazeta.Ru”-nun verdiyi xəbərə görə, bu barədə “France 3” telekanalı məlumat yayıb.    

 

Polis rəsmisinin açıqlamasına əsasən, Fredu iş otağında xidməti silahından özünə atəş açaraq intihar edib.   

 

Məlumata görə, intihar etməzdən əvvəl o hücum zamanı redaksiyada həlak olan jurnalistlərdən birinin ailəsi ilə görüşüb.    

 

İnsidentlə bağlı araşdırma aparılır. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar