Irəvanda qarışıqlıq-minlərlə insan Sarksyanın yolunu bağladı - FOTO
23.06.2015 525 0.0 0
Nümayişçilər elektrik enerjisi qiymətlərinin artmasına etiraz edirlər

 

İrəvanda minlərlə sakin Serj Sarksyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

 

Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

 

İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağa təklif edib, lakin etirazçılar razılaşmayıb. Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.  

 

Oturaq aksiya artıq 3 saatdır ki, davam edir. Son məlumatlara görə, aksiyaya Ermənistanın bölgələrindən gələnlər qoşulurlar. Hazırda İrəvana giriş yollarının bağlandığı bildirilir. /apa/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar