İlham Əliyev: «Azərbaycanda müdafiə sənayesi qururuq»-Prezidentlərin bəyanatı tam mətn
12.03.2015 687 0.0 0
Daha sonra Azərbaycan prezidenti, iki ölkə arasındakı münasibətlərinə nəzər salarkən "Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik.Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik" deyə qeyd edib.

Daha sonra Pakistan  Prezidenti ilə ikitərəfli və çoxtərəfli əhəmiyyətə malik məsələləri, xüsusilə beynəlxalq təsisatlarda əməkdaşlığı müzakirə olunduğunu qeyd edən Əliyev, "Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq." deyə açıqlayıb.

Bundan başqa Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən artıq bir vaxtda  erməni işğalı altında olmasını xatırladan Azərbaycan prezidenti "Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Azərbaycan xalqı isə Pakistandakı qardaşlarına çox minnətdardır. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu.Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir. Bu, qardaş münasibətidir. Bu, real dəstək rəmzidir. Hökumətimiz və xalqımız sizin bu mövqeyinizə görə hökumətinizə və xalqınıza çox minnətdardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir" deyə bildirib.

Daha sonra Azərbaycan prezidenti
Azərbaycanın da öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəklədiyini bildirib. Başqa sözlə desək, ölkələrimiz arasında əməkdaşlığın güclü tarixi təməlinin olması qeyd olunaraq, beynəlxalq arenada da iki dövlət arasında milli mənafelərin qorunması üçün lazımı mövqe sərgiləndiyi qeyd edib.

Daha sonra İlham Əliyev qeyd edib ki, "Biz bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Şadam ki, cənab Prezident Pakistanın işgüzar dairələrinin təmsilçilərinin böyük qrupu tərəfindən müşayiət olunur. Sabah biz bir yerdə biznes forumda iştirak edəcəyik. Ümid edirik ki, bu biznes forum iqtisadi əməkdaşlıq, biznes dairələri arasında təmaslar, qarşılıqlı sərmayə qoyuluşu və birgə müəssisələr üçün əlavə imkanlar yaradacaq. Bu gün nümayəndə heyətləri ilə görüşdə biz bu məsələni müzakirə etdik. Sabah nümayəndə heyətlərinin üzvləri bu istiqamətdə işləməyə davam edəcək və nəticələr haqqında bizə məruzə edəcəklər.Biz hərbi sahədə fəal əməkdaşlıq edirik. Bu gün müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə növbəti planları müzakirə etdik. Pakistan müdafiə sənayesində çox böyük irəliləyişə nail olub. Əlbəttə, biz də Azərbaycanda müdafiə sənayesi qururuq. Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək."

Əməkdaşlığımızın  humanitar sahəsindəki əlaqələrinə diqqət çəkən ölkə başçısı, bu işlərin əsasən mədəniyyət, elm, sosial sahələri əhatə etdiyini bildirib.
Habelə ölkələrimiz İslam həmrəyliyinin gücləndirilməsinə aid məsələlərdə  fəalığını qeyd edən ölkə başçısı, İslam dünyasında daha çox birliyə, qarşılıqlı dəstəyə ehtiyacın olduğunu qeyd edərək," Biz İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə veririk" deyə açıqlama verib.
Daha sonra Azərbaycan və Pakistan bu istiqamətdə öz mühüm rolunu oynamağa davam edəcəyini bildirən prezident "Biz bütün sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlığı gücləndirmək üçün aydın niyyətimiz var. Bizim üçün Pakistan ən yaxın dost və müttəfiqlərdən biridir. Bu gün qardaş ölkənin Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunuq. Ümid edirəm ki, səfərinizin çox yaxşı nəticələri və səfərlə bağlı xoş xatirələriniz olacaq. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz" deyə qeyd edib.

Sonra çıxış üçün söz Pakistan prezidenti Məmnun Hüseynin mətbuata bəyanatla çıxış edib.

Pakistan prezidenti Məmnun Hüseyn " Qardaşım Prezident İlham Əliyevin dəvəti ilə bu gün burada olmaqdan çox məmnunam. Biz mövcud mükəmməl ikitərəfli münasibətlərimizi müzakirə etdik və onların səviyyəsindən məmnunluğumuzu bildirdik. Səmimi əlaqələrimizin bundan sonra da davam etdirilməsi ilə bağlı tədbirlərə dair razılığa gəldik. Biz, həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlərlə bağlı çox faydalı və səmərəli fikir mübadiləsi apardıq.

Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Bizim xalqlarımız bir-birinə dərin rəğbət və etibar bəsləyir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk. Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik." deyə qeyd edib.

Daha sonra P
akistan prezidenti Məmnun Hüseynin, Azərbaycan xalqının ulu öndəri, mərhum Prezident Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfə və ölkələrimiz arasında əlaqələrin təşviqi baxımından baxışları Pakistan xalqını dərindən valeh etdiyini bildirərək, "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin siyasəti dahi atasının baxışlarının həyata keçirilməsinin bariz nümunəsidir. Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər. Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik." deyə açıqlama verib.
İmzalanmış birgə bəyannamə və digər sənədlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirəcəyini bildirən Pakistan dövlət başçısı, "Mən Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində Azərbaycanın səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tezliklə həll edilməsini dəstəkləyirik. Biz, həmçinin Pakistan-Hindistan münasibətlərinə dair fikir mübadiləsi apardıq. Mən Hindistan ilə mehriban qonşuluq münasibətlərinin yaradılmasında səylərimizi və bütün mübahisələrin, o cümlədən mühüm əhəmiyyət kəsb edən Cəmmu və Kəşmir məsələsinin sülh şəraitində həll edilməsinə sadiqliyimizi vurğuladım. Biz bu məsələdə Azərbaycanın dəstəyinə böyük dəyər veririk." deyə bildirib.

Daha sonra Pakistan dövlətinin başçısı İlham Əliyevlə Pakistan-Əfqanıstan əlaqələrinin yeni tarixi mərhələsi və siyasət, təhlükəsizlik, terrorizmlə mübarizə, ticarət və iqtisadiyyat məsələlərində çoxşaxəli dialoqun intensivləşdirilməsi ilə bağlı fikirlərini bölüşdüyünü  diqqətə çatdırıb.
 Pakistanın BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı beynəlxalq forumlar çərçivəsində Azərbaycanla çox sıx işlədiyini bildirən Məmnun Hüseyn "islahat müfəssəl və konsensusa əsaslanmış olmalıdır. BMT-yə üzvlük yalnız dar milli maraqlarla məhdudlaşmamalıdır" deyə qeyd edib.

Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcəyini bəyan edən 
Məmnun Hüseyn, ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacağını bildirərək, "Mən qardaş Azərbaycanın inkişafı üçün dua edirəm. Yaşasın, Pakistan-Azərbaycan dostluğu. Yaşasın Pakistan-Azərbaycan qardaşlığı. Sağ olun." deyə nitqinə yekun verib.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar