II və III ixtisas qrupları üzrə qəbul imtahanının tarixi açıqlanıb
13.05.2019 493 0.0 0

Mayın 19-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul  imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

Qazeta.info DİM-in məlumatına əsasən bildirir ki, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar