İTV-nin keçmiş şöbə müdiri ölkədən qaçıb - MTN-çi həyat yoldaşıyla birlikdə
14.12.2015 596 0.0 0

Tanınmış jurnalist, İTV-nin keçmiş əməkdaşı İlham Sərxanlı Azərbaycanı birdəfəlik tərk edib. 

Qazeta.info bildirir ki, AzNews.az-ın əldə etdiyi məlumata görə, o, bir müddətdir, həyat yoldaşı ilə birlikdə Almaniyaya köçüb və oradan sığınacaq almaq istəyir. Məlumata görə, onun həyat yoldaşı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. 

Qeyd edək ki, İlham Sərxanlı İTV-nin İnformasiya Departamentinin müdiri, “Carçı” informasiya buraxılışının aparıcısı olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar