İTV-nin itkin düşən əməkdaşı intihar edibmiş-FOTO
27.02.2016 644 0.0 0

 İctimai Televiziyanın (İTV) 35 gün əvvəl itkin düşmüş əməkdaşı Rəşad Əliyevin intihar etdiyi məlum olub.
 
Məlumata görə, onun meyiti ötən gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.
 
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib. Onun intihar etdiyi ehtimal olunur. Bu gün meyit ailəsinə təhvil veriləcək.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar