İstanbulda yaxalanan terrorçu `Reina` terrorunu İŞİD adına həyata keçirdiyini etiraf edib
17.01.2017 818 0.0 0

“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”. 

 
Məlumata görə, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. 
 
V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.

 

Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar