İstanbulda terrorçular polis bölməsinə hücum ediblər, ölən və yaralananlar var-FOTO
10.08.2015 601 0.0 0

 İstanbulda polis bölməsinə silahlı hücum olub.

Xəbərə görə, bu gecə yerli vaxtla saat 01.00 radələrində partlayıcı qurğu quraşdırılmış avtomobil Sultanbəyli rayonunda polis bölməsinin binasında partladılıb. Nəticədə 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Polis əməkdaşları hücumçulara cavab atəşi açıblar.

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, hazırda atışma davam edir. Avtomobili partladan terrorçunun hadisə yerində öldüyü bildirilir.

 

Polis bölməsinin binasına, ətrafdakı evlərə və avtomobillərə ciddi ziyan dəyib.

 

İlkin məlumatlara görə, terror hadisəsini PKK törədib.

 

İstanbul Əmniyyət Müdirliyinin (Polis İdarəsi) yaydığı xəbərdə bildirilir ki, yaralananlardan biri rəis müavini, ikisi polis əməkdaşı, yeddisi mülki şəxsdir./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar