İstanbulda terror - polis avtomobili partladılıb çoxlu sayda itki var- FOTO
07.06.2016 724 0

“Milliyet”ə istinadən verilən məlumata görə, bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib.
Partlayıcı qurğunun uzaqdan idarə olunan mexanizmlə işə salındığı ehtimal edilir. Partlayışdan sonra polis əməkdaşları havaya atəş açıb.
Məlumata görə, İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Bildirək ki, ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.
Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan 3-nün vəziyyəti ağırdır./apa/
Digər xəbərlər:
Şərhlər