İsrail Qəzzanı raketlərlə vurdu: ölənlərin sayı durmadan artır
09.12.2017 979 0.0 0

Son iki gün ərzində ölənlərin sayı 4 nəfərə çatıb.

 

İsrail ordusu Qəzzanı raket atəşinə tutub.Türkiyə mediasına istinadən xəbər verilir ki, ordu rəhbərliyi Həmas təşkilatına aid silah anbarlarının vurulduğunu iddia edib.

 

Açıqlamada bildirilir ki, dünən Qəzza bölgəsindən İsrailə doğru iki raket atılıb. Guya ki, İsrail tərəfi bundan sonra bölgədəki Həmas anbarlarını vurmaq qərarına gəlib.

 

 

© REUTERS/ MOHAMMED SALEM

Raket zərbəsi nəticəsində ölənlərin dəfn mərasimi. Qəzza, 9 dekabr 2017-ci il

 

 

Qəzzada yerləşən xəstəxanadan verilən açıqlamaya görə, son iki gün ərzində İsrail tərəfinin hücumları zamanı ölənləri sayı 4 nəfərə çatıb./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar