İSRAİL ORDUNU LİVAN SƏRHƏDDİNƏ ÇƏKİR-HİZBULLAH LİDERİ XƏBƏRDARLIQ ETDİ
21.01.2015 766 0.0 0

Hizbullah lideri  İsrailə xəbərdarlıq edərək , "Sığınacaqlar hazırlayın" deyə bildirib.

Son günlər İsrailin Hizbullaha qarşı hava əməliyyatlarını təşkil etməsi qeyd olunan təşkilatın lideri Nəsrullahın sərt xəbərdarlığına səbəb olub.

 Əl-Aləm televiziyasının xəbərinə görə Hizbullah lideri Həsən Nəsrullah israillilərə xitab olaraq verdiyi iki kəlmədən ibarət mesajında "Sığınacaqlarınızı hazırlayın" deyə bildirib.

Başqa hər hansı bir şərh verilmədən Ərəb və İngiliscə  verilən mesaja əl-Mənar televiziyasının saytında yer verildiyi bildirilir.

Xatırladaq ki, İsrailin ötən Bazar günü Suriyada Hizbullaha qarşı keçirdiyi hücumdan sonra Hizbullah liderlərindən İmad Muğniyənin də olduğu 6 Hizbullah üzvü öldürülmüşdü. Yenə eyni hücumda İranlı komandir General Məhəmməd Əli Allahdedi də həyatını itirmişdi.
  

Əlavə olaraq bildirək ki,Türkiyə mətbuatının bildirdiyinə görə, İsrailin məlum hücumundan sonra Hizbullahdan gözlənilən hücumları dəf etmək üçün orduya məxsus "Dəmir Qübbə" adı (Iron Dome) virilən raketdən müdafiə etmə sistemli batareyanı Livan sərhəddinə cəmləyib.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar