İspaniya klubunun prezidenti: `İsrafilov Azərbaycandan çox yaxşı təklif alıb`
28.12.2021 321 0.0 0

"Eddi İsrafilov Azərbaycandan çox yaxşı təklif alıb".

Bildirək ki, bu fikirləri İspaniyanın "Luqo" klubunun prezidenti Tino Saques yerli mətbuata açıqlamasında deyib.

60 yaşlı funksioner baxışda olan 29 yaşlı yarımmüdafiəçinin bu səbəbdən komandada qalmayacağını bildirib.

İsrafilov hazırda "Neftçi" ilə danışıqlar aparır. Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev danışıqları bitirmək üzrə olduqlarını söyləyib.

Qeyd edək ki, Eddi İsrafilov iyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib./report/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar