İsmayıllıda toya hazırlaşan gəncin intihara əl atmasının səbəbləri məlum olub - VİDEO
16.09.2015 1383 0.0 0

 İsmayıllı rayonunda intihara cəhd olub.
 
Məlumata görə, rayonun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlu yaşadığı evin zirzəmisində özünü kəndirlə asıb.
 
Ailə üzvləri onun intihar cəhdindən tez xəbər tutaraq kəndiri boynundan çıxarıblar.
 
A. Hidayətov ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
 
Yaxınlarının verdiyi məlumata görə, A. Hidayətov nişanlıdır, sentyabrın 20-də toyu olacaq. Qız toyu isə artıq keçirilib.   

İntihar edən gəncin dayısı İtiffaq Məmmədovun sözlərinə görə, A. Hidayətovun özünə qəsd etməsinin səbəbi isə nişanlısının onunla evlənməkdən imtina etməsi olub: "Bəzi şəxslər Asiman barədə nişanlısına xoşagəlməz sözlər deyiblər, onun guya narkoman olduğunu, mütəmadi olaraq spirtli içki qəbul etdiyini bildiriblər. Nişanlısı da Asimana ağır sözlər söyləyib, onunla evlənmək istəmədiyini deyib. Asiman da həm buna görə, həm də camaat arasında barəsində mənfi söz-söhbətin yayılmasından hiddətlənərək intihar etmək istəyib".
 
Qeyd edək ki, A. Hidayətov hazırda ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.
 
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar