İsmayıl Əsədov vəzifəsindən azad olundu - Gözlənilməz sərəncam
07.07.2016 1545 0.0 0

Nərimanov rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Məlumata əsasən bildirək ki, daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi vəzifəsindən azad olunub.

İ. Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakının bir neçə rayonunda polis rəisi vəzifəsini tutub.

Bildirək ki, Nərimanov rayon Polis İdarəsinin yeni rəisinin kimliyi yaxın günlərdə bilinəcək./Qafqazinfo/

Qazeta.info əlavə olaraq qeyd edir ki, onun işdən çıxarılması isə gözlənilməz olub. Çünki İsmayıl Əsədov Nərimanov rayonunun polis rəisi postunda cəmi bir il fəaliyyət göstərdi.

Xatırladaq ki, o zaman Bakıda cinayət hadisələrinin ən çox baş verdiyi Yasam Rayon Polis idaərsindən Bakının cinayət işlərinə görə ən sakit rayonlardan biri olan, lakin əsasən dövlət  əhəmiyyətli həbslərdə xüsusi yerə malik Nərimanov rayonunun rəisi postuna təyin olunmuşdu.

Bu o zaman onun "vurulması" kimi qiymətləndirilsə də çox keçmədən "MTN işi"-nə görə həbslərin başlaması və bu əməliyyata Nərimanov rayon Polis şöbəsinin xüsusi əhəmiyyət kəsb etməsi hətta İsmayıl Əsədovun bu posta sıradan səbəblər üzündən gətirilmədiyi qənaəti yaradırdı

Lakin qeyd edək ki, polis rəisinin yerinin bu qədər tez dəyişdirilməsi yenidən bir neçə ehtimalın yaranmasına səbəb olur. Bunlardan biri kimi İ.Əsədovun hadisələrin daha çox baş verdiyi yerlərdə fəaliyyətə üstünlük verməsi və öz səyi ilə başqa işə təyinat almasına nail olması kimi qiymətləndirməklə yanaşı, Eldar Mahmudov komandasının zərəsizləşməsi və bu problemin artıq tam nəzəratət altına alınması qənaətini də verə bilir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar