İŞİD tərkibində döyüşmüş azərbaycanlıların məhkəməsində şahidlər dindirilib
19.09.2016 493 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Malik Musayev və Kamran Əzizov ifadə veriblər. Hazırda həbsdə olan şəxslər istintaq zamanı verdikləri ifadələrindən imtina ediblər. Hakim isə onları ifadə verməyi çağırıb. Bildirib ki, ifadə verməsələr, məsuliyyətə cəlb oluna bilərlər. Lakin onlar yenə ifadə vermək istəməyiblər. Hakim bildirib ki, onların barəsində cinayət işi başlanılacaq. Proses oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, həmin şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi anti-terror tədbirləri nəticəsində tutulublar. Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar