İŞİD silahlıları "Taliban"ın düşərgəsinə hücum ediblər: 31 ölü
02.05.2017 658 0.0 0

Əfqanıstanın Çaparxar rayonunda İŞİD terror qruplaşmasının üzvləri "Taliban" radikal hərəkatının üzvlərinin düşərgəsinə hücum ediblər.

Qazeta.info Trend-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 21 "Taliban" üzvü, 7 İŞİD üzvü və 3 dinc sakin həlak olub, 5 nəfər isə yaralanıb.

Qeyd edək ki, 4 gün əvvəl İŞİD terror qruplaşması və "Taliban" radikal hərəkatının üzvləri arasında baş verən toqquşmalar nəticəsində, 76 "Taliban" üzvü və 15 İŞİD üzvü ölüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar