İŞİD lideri tərəfdarlarını dağlara çəkilməyə çağırıb
01.03.2017 705 0.0 0

İŞİD qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi tərəfdarları üçün vida nitqi ilə çıxış edib.
 
 "RİA Novosti"yə istinadən verilən məlumata görə, bu barədə “Alsumaria” televiziyası məlumat yayıb. Bağdadi son döyüşlərdə İŞİD-in məğlub olduğunu etiraf edərək tərəfdarlarını İraqın Naynava vilayətindəki dağlıq zonada gizlənməyə çağırıb. İŞİD lideri nitqini vida nitqi adlandıraraq onu vaizlər arasında yayıb.
 
Vaizlər isə artıq qruplaşmanın Naynava vilayətində və İraqın digər bölgələrində məruz qaldıqları məğlubiyyətlər barədə danışmağa başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar