İŞİD indi `terrorçu` küçüklərdən istifadə edir - VİDEO
27.02.2017 1093 0.0 0

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriya ilə İraqda ağır, sarsıdıcı zərbələr aldıqca mövqelərini qorumaq, ələ keçirdii yaşayış məntəqələri üzərində kontrolu itirməmək üçün ən müxtəlif vasitələr ilə yollardan istifadə edir.

"Al Arabiya"-ya istinadən xəbər verilir ki, İŞİD terrorçularının "nou-hau"ları arasında belinə içi partladıcı maddə doldurulomuş plastik qablar bağlanmış küçük də var.

İraqın Mosul şəhərinin cənubunda iraqlı hərbçilər bu küçüyü tutublar.

Küçüyün belindəki partladıcı qurğu uzaqdan idarə olunan pultla işə salınırdı.

Xatırladaq ki, son vaxtlar İŞİD terrorçuları uçan pilotsuz aparatlardan (UPA) bombardmanlar üçün aktiv istifadə edirlər./Milli.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar