İŞİD-in əlindən xilas olan jurnalist açıqlama verdi
11.03.2015 766 0.0 0

İŞİD İslam dövləti yaratmaq istəyir, ancaq onların atdıqları addımlar nə İslama, nə də müsəlman ənənələrinə uyğun deyil.

Bu sözləri İŞİD terror təşkilatı tərəfindən əsir götürülən və ötən il sərbəst buraxılan fransız jurnalist Nicolas Henin Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Cihad anlayışının İslamın ən önəmli şərtlərindən biri olduğunu qeyd edən fransız jurnalist bildirib: “Cihad insanın özünü və ətrafını daha gözəl vəziyyətə gətirmək üçün apardığı mücadilədir. Bu anlayışdan terror təşkilatının istifadə etməsinə yol vermək olmaz”.

İnternetin və sosial mediyanın həmin insanların radikal dünya görüşlərinin formalaşmasına təsir etdiyini qeyd edən Nicolas Henin

İŞİD terrorçularının bu hərəkətlərinin İslam dini ilə heç bir əlaqəsi olmadığını vurğulayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar