İŞİD-İN BAŞ KƏSMƏ OYUNUNDA ARXA KADRLAR-VİDEO
10.02.2015 1438 0.0 0

 

İŞİD-in məşhur baş kəsmə videolarının çəkiliş arxası kadrları mətbuata sızıb. 

Məlumata görə, kadrlar bir komediya filminin çəkilişini xatırladır. 

Çəkiliş bir neçə dublda aparılır. Peşəkar kamera və səsyazma aparatından istifadə edilir. Çəkilişi peşəkar rejissor idarə edir. 

Cəllad rolunu oynayan aktyor ABŞ prezidenti Barak Obamaya müraciət edir. Ona Amerika vətəndaşını öldürəcəklərini deyir. Ondan bütün sionistləri, Castin Biberi öldürməyi tələb edir. 

Qurban rolunu oynayan aktyor isə onun ingiliscəsinə düzəlişlər edir. Çəkilişin bir yerində qurban aktyor qaçaraq təpənin arxasına yüngül tualet üçün gedir. Onun əllərinin açıq olduğu da rahatca görünür. Ona kofe verirlər və arada qrimləyirlər. 

Sonrakı kadrda cəllad rolunu oynayan aktyor başkəsmə səhnəsini çəkən zaman bıçaqla çaşaraq öz əlini kəsir. Sonra başkəsmə səhnəsi çəkilir və guya silahlı islamçılar “Allahu-əkbər” sədəları altında bayram edirlər. Amma cəllad rolunu oynayan aktyorun bıçağı qansız olur.

Videonun Körfəz ölkələrinin birində çəkildiyi ehtimal edilir. Çünki danışıqlar ingilis və ərəb dillərində gedir. //AnsPress

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar