İŞİD-dən müsəlmanlara daha bir zərbə
11.07.2015 824 0.0 0

İŞİD Şimali İraqda öz nəzarəti altında saxladığı Mosulda “bidətdir” (dinə sonradan əlavə olunan) deyərək bayram namazı qılmağı yasaqlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı “Rudaw” saytı “Kürdüstan Demokratik Partiyası”nın Mosul funksioneri İsmət Rəcəbə istinadən yayıb. Rəcəb, terrorçuların bayram səhəri məscidləri bir-biri gəzəcəkləri və bayram namazı qılanları cəzalandıracaları barədə xəbərdarlıq etdiklərini bildirib. İŞİD qruplaşmasının bu cür xəbərdarlıq və qadağası bölgə sakinləri tərəfindən kəskin etirazla qarşılanıb. 

 


Xatırladaq ki, İŞİD daha əvvəl Mosulda quru çərəz, turşu, mobil telefon və s. gülünc səbəblərlə yasaqlamışdı. Yanvarda isə İŞİD bölgədə məscid-məscid dolaşaraq İslam peyğəmbərinin mövludunu qeyd etməyi qadağan etmişdi. Qeyd edək ki, özünü bütün dünyada müsəlman kimi qələmə verən İŞİD qruplaşması bütün islami dəyərlərlə ən aqressiv şəkildə mübarizə aparır və kiçik bir təbərrükü də Allaha şərik qoşmaq kimi qəbul edir. 

 

Mosulda İŞİD terrorçuları ilə mübarizə aparan yerli özünü müdafiə dəstələri 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar