İŞİD Avropa Çempionatında terror aktı törətməyi planlaşdırır
31.05.2016 452 0.0 0

İŞİD Fransada keçiriləcək Avropa Çempionatı zamanı İngiltərə və Rusiya azarkeşlərinə hücum etməyə hazırlaşır. Böyük Britaniyanın "Sun" qəzetinə istinadən verilən  məlumata görə, İŞİD Fransada təşkil olunacaq Avropa Çempionatında terror aktı törətməyi planlaşdırır.

 

Məlumata görə, Brüssel və Paris teraktlarını törədən Saleh Abdusalamın noutbukunda buna dair dəlillər tapılıb. Terakt zamanı pilotsuz uçan aparatlar və Kalaşnikov avtomatlarından istifadə olunacağı gözlənilir. Terrorçularda Marsel şəhərindəki limanın xəritəsi də aşkar edilib. İngiltərə ilə Rusiya yığmasının qarşılaşması iyunun 11-də Marsel şəhərində keçiriləcək.

 

Brüsseldə partlayış baş verən yer


Bu ilin martında Belçikanın paytaxtı Brüsseldə 32 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı olan Mohamed Abrini ilkin ifadəsində qorxunc etirafını dilə gətirib. Abrini əsas hədəflərinin “2016 Avropa Futbol Çempionatı” olduğunu deyib. UEFA-nın baş katibinin müavini Cankarlo Abete Avropa Çempionatının təxirə salınmasından söhbət gedə bilməyəcəyini, lazım gələrsə qarşılaşmaların tamaşaçısız keçiriləcəyini demişdi.  


Avropa çempionatı (AÇ) iyun ayının 10-dan iyulun 10-dək keçiriləcək. Azərbaycanlı futbolsevərlərin azarkeşlik etdiyi Türkiyə millisi AÇ-də D qrupunda mübarizə aparacaq. Türklər bu qrupda İspaniya, Çexiya və Xorvatiya yığmaları ilə mübarizə aparacaq. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar