İşğalda altda olan 7 rayonumuzun qaytarılması haqda yayılan xəbərə- Açıqlama-VİDEO
07.07.2015 2677 0.0 0

 

“İşğal altında olan torpaqlarımızın azad olunması haqda yayılmış videomaterial təxribat və müəlliflik hüquqlarının pozulmasıdır.

Biz filmin yaradıcı heyəti olaraq filmdən çıxarılmış həmin hissəni yayan saytları məhkəməyə vermək haqqında düşünürük”.
 
Bunu  açıqlamasında “Qara Bağ” filminin rejissoru Amil Məmiyev deyib.
 
Onun sözlərinə görə, filmdən çıxarılan hissənin hansı sayt tərəfindən yayılması araşdırılır: “Bu, ATV-yə qarşı da təxribatdır. Biz filmin yalnız bir hissəsini ATV-nin studiyasında çəkmişik və məhz həmin hissənin məqsədyönlü şəkildə təhrif olunaraq yayılması insanlarda çaşqınlıq yaradıb”.
 
Məsələ ilə bağlı “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətindən (ATV) APA-ya bildiriblər ki, filmin sosial şəbəkədə yayılan hissəsi efir üçün hazırlanmayıb və efirə verilməyib.
 
Telekanaldan əlavə ediblər ki, yaradıcı heyətin müraciətindən sonra ATV-nin aparıcısı ssenariyə uyğun olaraq Qarabağın alınması xəbərini film üçün oxuyub.
 
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Qara Bağ” qısametrajlı bədii filmi “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilib.
 
Ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
 
Film məcburi köçkünlərin hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini metaforik simvollarla realizə edir. 

 

Qazeta.info əlavə olaraq ötən gecədən başlayaraq sosial şəbəkələrdə yayılan həmin videonu oxuculara təqdim edir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar