İş və istirahət günlərinin yerləri dəyişdirildi- 3 gün iş olmayacaq
03.03.2022 280 0.0 0

Nazirlər Kabineti "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar qəbul edib.

Qazeta.info xəbər verir, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.


Xatırladaq ki, 8 mart "Beynəlxalq Qadınlar Günü" bayram günü hesab olunduğu üçün, 6,7 və 8 mart tarixlərində qeyri-iş günü olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar