İş başında bədbəxt hadisə-«Azərsu» əməkdaşı faciəvi şəkildə vəfat edib
02.05.2015 845 0.0 0

Qazeta.info  Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, Xətai rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus avtonəqliyyat sexində "Man" markalı yük avtomobilin sürücüsü avtomobili təmir etmək məqsədilə yük platformasını qaldırmışdır. Avtomobildə olan texniki nasazlıq nəticəsində yük platforması aşmış, sürücü platforma və avtomobilin şassisi arasında qalaraq vəfat etmişdir.

FHN Xilasediciləri sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 16:16-da başa çatdırılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar